Paşinyan: “Əminəm ki, Azərbaycan nümayəndə heyətləri yaxın gələcəkdə Ermənistana səfər edəcəklər”

Paşinyan: “Əminəm ki, Azərbaycan nümayəndə heyətləri yaxın gələcəkdə Ermənistana səfər edəcəklər”






presstv

"Presstv"az #Almaniya, #Avrasiya İqtisad, #Avropa, #Azərbaycan, #Danimarka, #Ermənistan, #Fransa, #Gürcüstan, #İstanbul, #Jurnalistlər, #Nikol Paşinyan, #Qazax, #Qazaxıstan, #Rusiya, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Balanslaşdırılmış və tarazlı xarici siyasət reallıqdır”.

presstvaz-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Hamburqda erməni jurnalistlərlə görüşü zamanı deyib.

Paşinyan, həmçinin bu yaxınlarda səfər etdiyi ölkələri və paytaxtları sadalayıb – Moskva, Vaşinqton, Pekin, Tokio, İstanbul, Fransa, Almaniya, Qazaxıstan, Şarm əş-Şeyx, Əbu-Dabi, Danimarka və Gürcüstan.

“2021-ci ilin hökumət proqramında regionallaşmaya həsr olunmuş xüsusi bölmə var. Bu il bizim bütün qonşu ölkələrin liderləri ilə görüşlərim və təmaslarım baş tutub. Həmçinin görüşlər çərçivəsində, eləcə də işgüzar və rəsmi səfərlər zamanı söhbətlər aparılıb. Bu il iki rəsmi nümayəndə heyətimiz artıq Azərbaycanda olub.

Mən, həmçinin əminəm ki, yaxın gələcəkdə Azərbaycan nümayəndə heyətləri Ermənistana gələcək. Bu il qatar Ermənistan Respublikasına Azərbaycan ərazisindən daxil olub. Həmçinin neft məhsullarının idxalı məsələsi də müzakirə olunur. Yəni bu, nəhayət ki, uğur əldə etdiyimiz balanslaşdırılmış xarici siyasətdir. Biz bu uğurdan niyə imtina etməliyik? Biz bu uğuru inkişaf etdirməliyik. Əvvəllər biz deyirdik ki, Rusiyaya və ya Avrasiya İqtisadi İttifaqına zidd olaraq Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirmirik. Onlar isə cavab verirdilər ki, bu necə ola bilər? Məhz belə”, – deyə Paşinyan vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv