Gürcüstanda ali təhsilin müddəti azaldıldı

Gürcüstanda ali təhsilin müddəti azaldıldı






presstv

"Presstv"az #Gürcüstan, #Təhsil, #Universitetlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gürcüstan parlamenti "Ali təhsil" haqqında Qanuna düzəlişləri yekun oxunuşda qəbul edib.

presstvaz xəbər verir ki, hökumətin təşəbbüsü əsasında hazırlanmış layihəni 79 deputat dəstəkləyib, 9-u isə əleyhinə olub.

Düzəlişlərə əsasən, universitet sistemintdə bəzi ixtisaslar istisna olmaqla bakalavr təhsilinin müddəti 3, magistr təhsilinin müddəti isə 1 il müəyyən edilib. Akademik ali təhsil çərçivəsində bakalavr səviyyəsində təhsil proqramı ən azı 180, magistr pilləsində isə ən azı 60 kredit təşkil edəcək.

Əsas düzəlişlərdən biri də ali təhsil sistemində qrant modelinin ləğvi ilə bağlıdır. Bundan sonra Gürcüstan vətəndaşları dövlət ali məktəblərində həm bakalavr, həm də magistr pilləsində tam ödənişsiz təhsil alacaqlar, lakin fakültələr üzrə kvotalar tətbiq ediləcək.

Qeyd edək ki, hazırda Gürcüstan universitetlərində bakalavr pilləsi üzrə təhsilin müddəti 4, magistr pilləsi üzrə isə 2 il təşkil edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv