KİV: ABŞ hakimiyyəti məhkəmədən Trampın təqib edilməyəcəyinə dair təminat istəyir

KİV: ABŞ hakimiyyəti məhkəmədən Trampın təqib edilməyəcəyinə dair təminat istəyir






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Araşdırma, #Audi, #Donald Tramp, #Əfqanıstan, #Gəmi, #Hakim, #İsrail, #Münaqişə, #Qəzza

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ hakimiyyəti 2029-cu ildə prezidentlik müddəti başa çatdıqdan sonra Donald Tramp və onun məmurlarını təqib etməyəcəyinə dair Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) təminat istəyir.

presstvaz xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbəsinə istinadən məlumat yayıb.

“2029-cu ildə BCM-nin prezident, vitse-prezident və başqalarını mühakimə etməyə başlayacağı ilə bağlı narahatlıq artır. Bu, qəbuledilməzdir və biz bunun baş verməsinə icazə verməyəcəyik”, – deyə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi deyib.

Mənbənin sözlərinə görə, ABŞ hərbçilərinin Əfqanıstandakı hərəkətlərinin araşdırılması davam edərsə, ABŞ-də xeyli hakimə və məhkəmənin özünə qarşı sanksiyalar tətbiq edilə bilər.

Ağ Ev həmçinin BCM-dən İsrail liderləri və onların Qəzza münaqişəsi zamanı hərəkətləri ilə bağlı araşdırmanı dayandırmasını da istəyir. ABŞ rəsmisinin sözlərinə görə, Tramp Administrasiyasının nümayəndəsi tələbləri BCM-yə çatdırıb.

Məhkəmənin ABŞ liderlərinin mühakimə olunmaması üçün Roma Statutuna düzəlişlər edəcəyi ehtimal olunur. Agentlik, öz növbəsində, bunun asan olmayacağını, çünki sənədi ratifikasiya etmiş 125 üzv dövlətin üçdə ikisinin təsdiqinin tələb olunduğu vurğulanır.

“Reuters” həmçinin BCM-nin Trampa qarşı potensial olaraq təqibə başlaya bilməsinin səbəbini dəqiqləşdirməsə də, ABŞ-nin narkotik ticarəti ilə mübarizə adı altında Karib dənizindəki gəmilərə hücumlarını xatırladıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv