Keçmiş məhkuma üçüncü dəfə daha ağır cəza istənildi

Keçmiş məhkuma üçüncü dəfə daha ağır cəza istənildi






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Bıçaq xəsarəti, #Cinayət işi, #Hakim, #Məhkum

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda tanışına çox sayda bıçaq xəsarəti yetirməkdə təqsirləndirilən Fuad Rəcəbzadənin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

presstvaz xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda prokuror təqsirləndirilənin 17 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.

Çıxış üçün söz müdafiə tərəfinə verilsə də, buna hazır olmadıqlarından növbəti proses dekabrın 17-nə təyin olunub.

Xatırladaq ki, Bakı şəhər sakini F.Rəcəbzadə 2024-cü il iyunun 5-də Ruhulla Axundov küçəsində tanışı Təbriz Rəhimova mübahisə zəminində bıçaqla çox sayda bədən xəsarəti yetirərək öldürməyə cəhd edib. Faktla bağlı cinayət işi başlanıb və F.Rəcəbzadə Cinayət Məcəlləsinin 29.120.2.2, 29.120.2.4, 221.3 maddələri ilə təqsirli bilinib.

Onu da qeyd edək ki, Fuad Rəcəbzadə əvvəllər də analoji cinayət törətməkdə təqsirli bilinərək bir neçə dəfə məhkumluq yaşayıb. Növbəti dəfə isə onun əməli residiv sayılaraq onun daha ağır cəza ilə həbs olunması təklif olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv