Türkiyənin texnoloji inqilab hesab edilə biləcək pilotsuz döyüş təyyarəsi dünya rekordu qırdı

Türkiyənin texnoloji inqilab hesab edilə biləcək pilotsuz döyüş təyyarəsi dünya rekordu qırdı






presstv

"Presstv"az #ABŞ, #Astana, #Audi, #Raket sınağı, #Sosial şəbəkələr, #Suriya, #təyyarə, #Türkiyə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin pilotsuz sistemlər sahəsində ulduzu olan “Kızılelma” son günlərdə həyata keçirdiyi qabaqcıl “hava-hava” raket sınağı ilə dünya gündəmini sarsıdacaq bir uğura imza atıb.

Bu barədə presstvaz “TRT Haber”ə istinadən məlumat verir.

Məlumata görə, “Kızılelma” öz radarları ilə hədəfi müəyyən edən və yerli istehsal olan raketini uğurla buraxaraq buna nail olan dünyanın ilk pilotsuz döyüş təyyarəsi olub.

“Kızılelma”nın bu tarixi nailiyyətinin əks-sədaları davam edərkən ABŞ tərəfindən də “Boeing”in istehsal etdiyi “MQ-28 Ghost Bat” təyyarəsi üçün oxşar sınaq keçirilib. Lakin nəzərəçarpacaq bir fərqlə: ABŞ-nin sınağında hədəf “MQ-28” tərəfindən müstəqil olaraq deyil, ona məlumat ötürən erkən xəbərdarlıq təyyarəsinin köməyi ilə aşkar edilib. Bundan əlavə, ABŞ-nin paylaşdığı sınaq görüntülərində raketin hədəfi vurduğu kritik an yer almayıb, ona görə də bu buraxılışın uğurla başa çatdığı iddiası qeyri-müəyyən olaraq qalır.

Məsələ ilə bağlı sosial şəbəkələrdə aparılan qızğın müzakirələrdə çox sayda istifadəçi “Boeing”in “İlk biz buna nail olduq” açıqlamasına etiraz edib və Türkiyənin bu texnoloji həddi daha əvvəl keçdiyini vurğulayıb.

BAYKAR-ın strateji bir addımla “Kızılelma”nın “hava-hava” buraxılış görüntülərini şəffaf şəkildə bütün dünyaya paylaşması Türkiyənin bu sahədəki iddiasını konkret dəlillərlə dəstəkləyib.

Türkiyə daha əvvəl Suriya əməliyyatlarında PUA-ları innovativ konsepsiyada istifadə edərək, beynəlxalq arenada “oyun dəyişdirici” kimi tanınmışdı. Mütəxəssislər Türkiyənin “Kızılelma” ilə oxşar paradiqma dəyişikliyinin astanasında olduğunu irəli sürürlər. ABŞ da daxil olmaqla, bir çox inkişaf etmiş ölkələr pilotlu və pilotsuz təyyarələrin koordinasiyalı hərəkətinə diqqətlərini cəmlədikləri halda “Kızılelma” inkişaf etmiş sensor sistemləri, radar texnologiyası və inteqrasiya olunmuş sursat strukturu ilə “hava-hava” tipli tapşırıqları müstəqil şəkildə yerinə yetirə bilən nadir platformalardan biri kimi seçilir və müdafiə texnologiyaları dünyasında özünəməxsus yer tutur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv