Şəxs işdən hansı hallarda çıxarıla bilər? – Dəyişikliklər gözlənilir

Şəxs işdən hansı hallarda çıxarıla bilər? – Dəyişikliklər gözlənilir






presstv

"Presstv"az #Audi, #Həkim, #Milli Məclis, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qanunvericilikdə edilən yenilik işçinin işdən kənarlaşdırılması ilə bağlı maddəyə edilən dəyişikliklərə aiddir”.

presstvaz-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Əmək Məcəlləsinə dəyişikliklərin müzakirəsi zaman deyib.

Nazir müavini bildirib ki, həm əməyin mühafizəsi, həm tibbi təhlükəsizlik, həm də əmək intizamının təmin olunması baxımından edilən dəyişiklik bu normanı daha əhatəli, dəqiq və idarəolunan hala gətirir.

O qeyd edib ki, əvvəlki redaksiya əsasən 3 halı, yəni ki:

– icbari tibbi müayinədən yayınmanı;

– həkim tövsiyələrinə əməl olunmamasını;

– insanın immun çatışmazlığı virusu ilə bağlı məcburi tibbi müayinədən imtinanı işdən kənarlaşdırma əsası kimi nəzərdə tuturdu.

Yeni redaksiya isə bu siyahını genişləndirərək aşağıdakı mühüm halları əlavə edir:

– icbari tibbi müayinədən imtina etməsi və ya tibbi göstərişləri yerinə yetirməməsi;

– tibbi rəyə əsasən işin icrasına əks göstəriş olması;

– məcburi tibbi müayinədən imtina etməsi;

– əməyin mühafizəsi üzrə təlim və bilik yoxlamasından boyun qaçırması;

– əmək vəzifələrinin araşdırılmasına maneçilik törətməsi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv