İndoneziyanın paytaxtı Cakartada güclü yanğın: Çox sayda ölən var

İndoneziyanın paytaxtı Cakartada güclü yanğın: Çox sayda ölən var






presstv

"Presstv"az #Audi, #İndoneziya, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İndoneziyanın paytaxtı Cakartada yeddimərtəbəli binada güclü yanğın baş verib.

Bu barədə presstvaz “The Economic Times” nəşrinə istinadən məlumat verib.

Məlumata görə, rəsmilər yanğın nəticəsində 20 nəfərin öldüyünü bildiriblər.

Mərkəzi Cakarta polisinin rəisi Susatio Purnomo Kondro bildirib ki, yanğın söndürülüb, lakin binanın içərisində mümkün qurbanların axtarışı davam edir.

Kondronun sözlərinə görə, yanğın birinci mərtəbədə başlayıb və sonra yuxarı mərtəbələrə yayılıb. Bəzi işçilər həmin vaxt binada nahar edirmişlər, digərləri isə ofisi tərk ediblər. Hazırda xəsarət alanlar təxliyə edilirlər.

Qeyd edilir ki, binada mədən və kənd təsərrüfatı sənayesindəki müştərilərə aerofotoçəkiliş üçün dronlar təqdim edən “Terra Drone Indonesia” şirkətinin ofisi yerləşir. O, Yaponiyanın dron istehsalçısı olan “Terra Drone Corporation”ın İndoneziyadakı bölməsidir.

Yanğınla bağlı yayılan görüntülərdə onlarla yanğınsöndürənin içəridəki insanları təxliyə etməyə çalışdığı, bəzilərinin isə binadan cəsəd torbaları çıxardığı kadrlar əks olunub. Bəzi işçilər nərdivanlardan istifadə edərək binanın yuxarı mərtəbələrini tərk etməyə çalışıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv