Türkiyədə MƏRC QALMAQALI: 22 hakim və 27 futbolçu barəsində araşdırma başladıldı

Türkiyədə MƏRC QALMAQALI: 22 hakim və 27 futbolçu barəsində araşdırma başladıldı






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Futbol, #Hakim, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Futbol Federasiyası (TFF) mərc qalmaqalı ilə bağlı aparılan araşdırma çərçivəsində yeni qərarlar qəbul edib.

presstvaz xəbər verir ki, əlavə istintaq nəticəsində daha 22 hakimin və 27 futbolçunun mərc oynadığı müəyyənləşdirilib. Həmin şəxslər Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərilib.

Bildirilib ki, mərc araşdırması çərçivəsində daha əvvəl – 28 oktyabr 2025-ci ildə – 152 hakim, 10 noyabr 2025-ci ildə isə 1 024 futbolçu artıq PFDK-ya yollanıb. Sonradan federasiyaya daxil olan yeni sənədlər əsasında aparılan əlavə yoxlamalar nəticəsində daha 22 hakim barəsində də araşdırma aparılıb və onların 9 dekabr 2025-ci ildən etibarən PFDK-ya sövq edilməsinə qərar verilib.

Peşəkar liqalarda aparılan istintaq çərçivəsində isə yalnız bir dəfə mərc fəaliyyəti qeydə alınan və araşdırması davam edən 47 futbolçudan istintaqı tamamlanan 27 futbolçu da Futbol İntizam Təlimatının 57-ci maddəsinə əsasən, eyni tarixdən etibarən PFDK-ya göndərilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv