ABŞ administrasiyası Zelenskini Donbası təslim etməyə çağırır

ABŞ administrasiyası Zelenskini Donbası təslim etməyə çağırır






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Avropa, #Donald Tramp, #Kiyev, #Rusiya, #Ukrayna, #Vaşinqton, #Vladimir Putin, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ administrasiyası Donald Trampın sülh planı çərçivəsində Ukraynanın ciddi ərazi güzəştlərinə getməsində israr edir.

presstvaz xəbər verir ki, məlumatı “Axios” nəşri yayıb.

Mənbənin bildirdiyinə görə, ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskidən Donbası Rusiyaya təhvil verməsini tələb edir. Kiyevin mövqeyinə görə, bu, avropalı müttəfiqlərlə məsləhətləşmələrin yekunlaşmasına qədər Ağ Evin sülh planının reallaşmasını tezləşdirmək cəhdidir.

ABŞ məmuru bu ehtimalları rədd edib və bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinə də təzyiq göstərib, onun mövqeyini yumşaltmaq istəyir.

Ukrayna rəsmilərinin sözlərinə görə, ötən həftə Donald Trampın müşaviri Stiv Uitkoff və kürəkəni Cared Kuşnerlə Rusiya Prezidenti Vladimir Putin arasında Moskvada keçirilən görüşdən sonra ABŞ-nin təklifləri xeyli sərtləşib. Ukrayna rəsmisinin iddialarına görə, ABŞ tərəfi Mayamidə üçgünlük müzakirələrdən sonra V.Zelenski ilə apardıqları telefon danışığı zamanı ondan Donbası təhvil vermək üçün birbaşa razılıq almağa ümid edirmiş.

Müzakirələrin əsas hissəsi Kremlin hazırda Rusiyanın nəzarəti altında olmayan ərazilər də daxil olmaqla bütün Donbası təhvil vermək tələbi ilə bağlıdır.

Ukrayna, öz növbəsində, ABŞ-dən etibarlı təhlükəsizlik zəmanətləri istəyir. Ukrayna və ABŞ rəsmilərinin sözlərinə görə, bəzi irəliləyişlərə baxmayaraq, ərazi məsələləri və ya təhlükəsizlik zəmanətləri ilə bağlı heç bir nəticə əldə edilməyib.

“Belə təəssürat yaranırdı ki, ABŞ bizi Rusiyanın bütün Donbası ələ keçirmək istəyinə müxtəlif yollarla inandırmağa çalışır və amerikalılar Zelenskinin bütün bunları telefon danışığı zamanı qəbul etməsini istəyirlər”, – Ukrayna rəsmisi bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv