Nazirlər Kabinetinin Milli Məclis qarşısında hesabat verəcəyi tarixdə dəyişiklik ediləcək

Nazirlər Kabinetinin Milli Məclis qarşısında hesabat verəcəyi tarixdə dəyişiklik ediləcək






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Milli Məclis, #Nazirlər Kabineti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nazirlər Kabinetinin Milli Məclis qarşısında hesabat verəcəyi tarixdə dəyişiklik ediləcək.

presstvaz xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə (NK) etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə konstitusiya qanununun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, Nazirlər Kabineti hər il Milli Məclisinin yaz sessiyasının beşinci iclasında NK-nın fəaliyyəti haqqında hesabat verir.

Layihəyə əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasında NK-nın fəaliyyəti haqqında hesabat verəcək.

Konstitusiya qanununun layihəsi müzakirələrdən sonra 2-ci səsvermədə qəbul olunub. 1-ci səsvermə Milli Məclisin 2025-ci il yaz sessiyasında keçirilib.

“Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanunda da analoji dəyişiklik təklif edilib.

Qanun layihəsi ikinci səsvermədə qəbul edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv