“İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib

“İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib






presstv

"Presstv"az #Audi, #Hakim, #Milli Məclis

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.

presstvaz qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Məlumat üçün bildirək ki, işsizlikdən sığorta fondunun (o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin) hesablarında qalan sərbəst vəsait “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun olaraq növbəti ilin xərclərinin maliyyələşdirilməsinə və (və ya) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən investisiyaya yönəldiləcək.

İşsizlikdən sığorta fondunun gəlirləri:

2026-cı il üzrə işsizlikdən sığorta fondunun gəlirlərinin 238.3 milyon manat və işsizlikdən sığorta fondunun əvvəlki illərdə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitin həcminin isə 28.1 milyon manat olacağı proqnozlaşdırılır.

2026-cı ildə işsizlikdən sığorta haqları üzrə yığımların 236.6 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 30.27 milyon manat və ya 14.67 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 3.03 milyon manat və ya 1.3 faiz çoxdur.

Büdcədən maliyyələşən təşkilatlar və həmin təşkilatlarda işləyənlər tərəfindən ödəniləcək işsizlikdən sığorta haqları üzrə daxilolmaların proqnozu 51.9 milyon manat təşkil edir.

2026-cı ildə işsizlikdən sığorta haqları üzrə daxilolmaların proqnozunun 184.7 milyon manatı və ya 78 faizi qeyri-büdcə sektorunun payına düşür.

İşsizlikdən sığorta fondunun xərcləri:

İşsizlikdən sığorta fondunun 2026-cı il üçün xərcləri 266.4 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisinə nisbətən 5.7 milyon manat və ya 2 faiz, 2024-cü ilin icra göstəricisinə nisbətən isə 73.7 milyon manat və ya 38 faiz çoxdur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv