Kamboca və Tailand arasında qarşıdurma: Gərginlik artır, hərbi əməliyyatlar davam edir

Kamboca və Tailand arasında qarşıdurma: Gərginlik artır, hərbi əməliyyatlar davam edir






presstv

"Presstv"az #Audi, #Hərbi Hava Qüvvələri, #Qırıcı təyyarə, #Quru Qoşunları, #Tailand, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kamboca Silahlı Qüvvələri iki tərəf arasında davam edən qarşıdurmalar fonunda Tailandla sərhədə “T-55” tanklarını və “BM-21 Qrad” yaylım atəşli reaktiv sistemlərini yerləşdirib.

Eyni zamanda, Tailandın “F-16” qırıcı təyyarələri qarşı tərəfin istehkamlarına, anbarlarına və müvafiq gücləndirmə qüvvələrinə zərbələr endirməyə başlayıb.

Bu barədə presstvaz xarici KİV-ə istinadən xəbər verir.

Tailand Kral Hərbi Hava Qüvvələrinin məlumatına görə, “F-16” qırıcıları quru bölmələrinə birbaşa aviasiya dəstəyi göstərmək üçün göndərilib. Onlara Tailand ərazisini atəşə tutan Kambocanın artilleriya mövqelərinə hücum etmək əmri verilib.

Tailand bazar günü (dekabrın 7-si) başlayan sərhəd qarşıdurmaları zamanı Kamboca ilə toqquşmalarda bir hərbçinin öldüyünü, səkkiz hərbçinin yaralandığını bildirib. Kamboca Milli Müdafiə Nazirliyi ilk Tailandın atəş açdığını, Tailand tərəfi isə əksini iddia edir.

Kambocanın İnformasiya Nazirliyi ölkənin şimalında Tailandla toqquşmalar nəticəsində dörd dinc sakinin öldüyünü və doqquz nəfərin yaralandığını bildirib. Onminlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Hər iki tərəf bir-birini bu ilin oktyabrında əldə edilən atəşkəsi pozmaqda ittiham edib.

Daha sonra Tailand Hərbi Dəniz Qüvvələri Kamboca hərbçilərini Tailand ərazisindən çıxarmaq üçün Trat əyalətində əməliyyatlara başlayıb.

Tailand kəşfiyyatı suveren Tailand ərazisindəki sərhəd bölgəsində Kamboca ordusunun qüvvə və resurslarının cəmləşdiyini aşkar edib.

“Tailandın təmkininə və dialoq qurulması üçün davam edən səylərinə baxmayaraq, Kamboca qüvvələri Tailand ərazisindən çıxarılmayıb”, – deyə Hərbi Dəniz Qüvvələrinin mətbuat katibi Parat Rattanaçaypxan qeyd edib.

Rattanaçaypxanın sözlərinə görə, Kamboca qoşunları müdafiə xəndəkləri qazıb, ağır silahlar quraşdırıb və Tailandın mövqelərini və hərbi obyektlərini davamlı olaraq izləmək üçün PUA-lar (pilotsuz uçuş aparatı) yerləşdirib.

“Ölkənin suverenliyini qorumaq və təhlükəsizliyini təmin etmək üçün Tailand Kral Hərbi Dəniz Qüvvələrinin və müvafiq təhlükəsizlik xidmətlərinin Kamboca qüvvələrini suveren Tailand ərazisindən çıxarmaq üçün hərbi əməliyyatlar aparmaqdan başqa çarəsi qalmadı”, – deyə o əlavə edib.

Kamboca, eyni zamanda, Tailandın şərq əyalətlərini “BM-21” yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutmağa başlayıb.

Tailand Quru Qoşunlarının ikinci hərbi dairəsinin məlumatına görə, “BM-21″lər Samte, Fuphi, Çonqtatau və Prasattakvay rayonlarında döyüş əməliyyatlarına başlayıb.

“Əvvəlcə Kamboca atəş açıb və ikinci hərbi dairə cavab verməyə məcbur olub. Döyüş əməliyyatlarının aparılması qaydalarına əsasən, təhlükə neytrallaşdırılmalı, sərhəd bölgələri sakinlərinin həyatı və əmlakı qorunmalı idi”, – deyə məlumatda qeyd edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv