Azərbaycanda bu rayonda vətəndaşlara mənzil veriləcək – 3,2 milyon manat ayrıldı

Azərbaycanda bu rayonda vətəndaşlara mənzil veriləcək – 3,2 milyon manat ayrıldı






presstv

"Presstv"az #Ağdaş rayonu, #Ailə, #Avto

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əlilliyi olan şəxslər və şəhid ailələri dövlətin sosial siyasətində prioritet kateqoriyalardan biri kimi xüsusi diqqət mərkəzində saxlanılır. Ölkəmizdə bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil və avtomobillə təmin olunması, reabilitasiya xidmətlərinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

presstvaz İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Ağdaş rayonunda qeyd olunan kateqoriyadan olan şəxslərə yeni mənzillər veriləcək.

Proqram çərçivəsində əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Ağdaşda 20 ədəd ikiotaqlı, 27 ədəd üçotaqlı mənzilin verilməsi nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi qeyd olunan mənzillərin satın alınmasına isə 3 milyon 186 min 650 manat vəsait xərcləyək. Artıq qurum bununla bağlı tikinti şirkətlərinin biri ilə ("Hünər İnşaat" Firması) müqavilə bağlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv