“The Daily Telegraph”: Şahzadə Harrinin təhlükəsizliyi ilə bağlı addımlara yenidən baxılır

“The Daily Telegraph”: Şahzadə Harrinin təhlükəsizliyi ilə bağlı addımlara yenidən baxılır






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Audi, #Böyük Britaniy, #Böyük Britaniya, #Şahzadə Harri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük Britaniya hökuməti ölkədə olduğu müddətdə Şahzadə Harrinin təhlükəsizliyinin təmin olunması ilə bağlı addımlara yenidən baxmağa başlayıb.

presstvaz “The Daily Telegraph” qəzetinə istinadən xəbər verir ki, buna səbəb onun ölkənin Daxili İşlər Nazirliyinə təhlükəsizlik durumunun yenidən qiymətləndirilməsi üçün müraciət etməsi olub.

Nəşrin yazdığına görə, Kral ailəsinin və publik şəxslərin müdafiəsi üzrə İcraiyyə Komitəsi (Ravec) son altı ildə ilk dəfə yenidən baxış keçirməyə icazə verib. İlkin rəy növbəti ay məlum olacaq.

Böyük Britaniya Kralı III Çarlzın kiçik oğlu ailə öhdəliklərinin icrasından imtina etdiyi üçün polis müdafiəsindən məhrum olub. May ayında məhkəmə Şahzadə Harrinin apellyasiya şikayətini təmin etməyib. Bundan sonra şahzadə bildirib ki, Böyük Britaniyada həyat yoldaşı Meqan Markl və övladları ilə birgə təhlükəsiz şəkildə yaşaya bilməz.

Şahzadə Harri və M.Markl 2020-ci il martın 31-dən Britaniya kral ailəsi üzvləri ilə ünsiyyəti dayandırıblar. Onlar ABŞ-yə köçüblər və orada yaşayırlar. Bundan sonra Böyük Britaniya hökuməti Şahzadə Harrini vətəninə səfərləri zamanı polis müşayiətindən də məhrum edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv