Azərbaycanda saatlıq minimum əməkhaqqı TƏXİRƏ SALINDI

Azərbaycanda saatlıq minimum əməkhaqqı TƏXİRƏ SALINDI






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #İqtisadi siyasət, #Məzuniyyət, #Milli Məclis, #Minimum əməkhaqqı, #sənaye və sahibkarlıq komitəsi, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Regional məsələlər komitəsinin son iclasında Əmək Məcəlləsinə təklif olunan bir sıra mühüm dəyişikliklər edilib. Uşağın doğulması ilə əlaqədar atalara 14 günlük ödənişli məzuniyyətin verilməsi, distant işin hüquqi rəsmiləşdirilməsi və tələbələrin istehsalat təcrübəsi dövründə əmək müqaviləsi ilə təmin olunması kimi yeniliklər qanun layihəsində yer alıb.

Bununla yanaşı, bir müddətdir gündəmdə olan saatlıq minimum əməkhaqqına keçid məsələsi isə layihəyə daxil edilməyib.

Qeyd edək ki, Azərbaycanda minimum əməkhaqqı aylıq nəzərdə tutulub və hazırda bu məbləğ 400 manatdır. Bir müddət əvvəl rəsmi qurumlar saatlıq minimum əməkhaqqı ilə bağlı təkliflər hazırlandığını bildirsələr də, hazırda Əmək Məcəlləsinə edilən dəyişiklikdə bu məsələ nəzərdə tutulmayıb və saatlıq minimum əməkhaqqı barədə planlar təxirə salınıb.

presstvaz Modern.az-a istinadla xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, saatlıq minimum əməkhaqqının tətbiqi hazırda hökumətdə müzakirə olunan məsələlərdən biridir. Onun sözlərinə görə, lakin bunun üçün mexanizmin hazırlanmasına və detallı qaydaların dəqiqləşdirilməsinə ehtiyac var.

Azərbaycanda saatlıq minimum əməkhaqqı TƏXİRƏ SALINDI

“Saatlıq əməkhaqqı sisteminin bir sıra üstünlükləri mövcuddur. Bu model vətəndaşların “overtime”, yəni əsas iş saatlarından artıq işlədikləri müddətə görə əlavə ödəniş almalarını təmin edir. Eyni zamanda, bir neçə yerdə işləmək imkanlarını genişləndirir ki, bu da mühüm amillərdəndir”.

Deputat vurğulayıb ki, bununla yanaşı, əmək müqavilələrinin bağlanması, onların növləri, tətbiq mexanizmi, əməkhaqqılarının ödənilməsi sistemi kimi məsələlər də aydın şəkildə müəyyənləşdirilməlidir:

“Ümumiyyətlə, əmək bazarında, xüsusilə də əməkhaqqı siyasəti ilə bağlı islahatlar əsaslandırma, hüquqi çərçivə və mexanizmlərin tam hazır olmasını tələb edir. Bu proseslər tamamlandıqdan sonra müvafiq islahatların icrası mümkün olacaq”.

V.Bayramov əlavə edib ki, saatlıq əməkhaqqı ilə bağlı müzakirələr davam edir və gözləntilər ondan ibarətdir ki, Azərbaycanda da bir çox ölkələrdə olduğu kimi bu sistemə keçid reallaşdırılsın. Deputatın fikrincə, bunun tətbiqi yalnız mexanizmin tam hazır olması ilə mümkün olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv