Bakıda ölümlə nəticələnən qəza: sürücüyə bəraət verildi

Bakıda ölümlə nəticələnən qəza: sürücüyə bəraət verildi






presstv

"Presstv"az #Araşdırma, #Avto, #Bakı, #Hadisə, #Hakim, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda Ayna Sultanova heykəlinin yaxınlığında baş verən və bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə məhkəmə prosesi başa çatıb.

presstvaz Teleqraf-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Cavid İsa oğlu Əsgərov idarə etdiyi “Mersedes Benz C250” markalı, 99-GC-949 dövlət qeydiyyat nişanlı avtomobillə Atatürk prospekti ilə “Gənclik” istiqamətində hərəkətdə olarkən piyadanı vurmuşdu.

Ağır xəsarətlər alan piyada Məhəmməd İmaməli oğlu Babaşov xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişmişdi.

Hadisə ilə bağlı Cavid Əsgərov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan ölümə səbəb olduqda) ilə təqsirləndirilmiş şəxs qismində məsuliyyətə cəlb olunmuşdu.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə baxılıb.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, piyada yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçib. Mərhum, digər avtomobilin qarşısından qəflətən qaçaraq yola daxil olub. Bu səbəbdən Cavid Əsgərovun toqquşmanın qarşısını almaq imkanı olmayıb.

Toplanmış sübutlar əsasında məhkəmə Cavid Əsgərovun günahsız olduğunu müəyyən edib və onun barəsində bəraət hökmü çıxarıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv