Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? – Mütəxəssis xəbərdarlığı

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? – Mütəxəssis xəbərdarlığı






presstv

"Presstv"az #Bakteriya, #Günəş, #Qış mövsümü, #Soyuducu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qurudulmuş meyvələr qış mövsümündə ən çox istehlak edilən məhsullar arasında olsa da, onların düzgün saxlanması bəzən diqqətdən kənarda qalır. Mütəxəssislər xəbərdarlıq edir ki, qeyri-uyğun şəraitdə saxlanan quru meyvələr həm keyfiyyətini itirir, həm də insan sağlamlığı üçün təhlükə yarada bilər.

presstvaz xəbər verir ki, qida təhlükəsizliyi üzrə mütəxəssislərin sözlərinə görə, ilk növbədə qurudulmuş meyvələr nəm və birbaşa günəş şüası olmayan yerdə saxlanmalıdır.

Nəmli mühit kif və bakteriyaların sürətlə çoxalmasına səbəb olduğundan məhsulun tez xarab olmasına gətirib çıxarır.

Meyvələrin saxlanılması üçün şüşə qablar, hava keçirməyən konteynerlər və ya qalın materialdan hazırlanmış paketlər daha əlverişli sayılır. Bu, həm məhsulun qoxu çəkməsinin qarşısını alır, həm də uzunmüddətli qorunmanı təmin edir.

Mütəxəssislər bildirirlər ki, ideal saxlanma temperaturu 10-18°C aralığıdır. İsti mühitdə saxlanılan quru meyvələrdə şəkər kristallaşması və dadın dəyişməsi müşahidə oluna bilər.

Bundan başqa, quru meyvələrin soyuducuda saxlanması da tövsiyə olunur, xüsusilə də quru ərik, kişmiş və gavalı kimi məhsulların. Lakin soyuducuda saxlanılan meyvələr hava keçirməyən qabda qoyulmalıdır ki, nəm çəkməsin.

Qida üzrə mütəxəssislər əlavə edir ki, məhsullar satın alındıqdan sonra mütləq nəzarət olunmalıdır.

Qurudulmuş meyvələr düzgün şəraitdə saxlanıldıqda bir neçə ay, hətta bəzi növlər bir ilə qədər öz keyfiyyətini qoruya bilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv