Zirzəmidəki sığınacağını silah anbarına çevirən döyüşçü ailə

Zirzəmidəki sığınacağını silah anbarına çevirən döyüşçü ailə






presstv

"Presstv"az #Ailə, #Audi, #Avto, #avtobus, #avtomobillər, #Azərbaycan, #Kiyev, #Müharibə, #Nəqliyyat, #Odessa, #Qara dəniz, #Rusiya, #Siqaret, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukraynanın Nikolayev şəhəri, 2022-ci ilin aprel ayı idi. Arxa tərəfdən emosional tonda səslənən qəfil suala dik atıldım.

– Azərbaycandan olan jurnalist sənsən? Əlimdəki kağız stəkandakı çayı tələsik qurtumladım, ayağa qalxıb, eyni tonla cavab verdim:

– Bəli!

– Səni, biz müşayiət edəcəyik, adım Yuridir. Anarın dediyi adamlar bizik.

Rusiya ordusu bütün Xerson vilayətini tutaraq, Nikolayev şəhərinin 20-30 kilometrliyinə yaxınlaşmışdı.

Səhər tezdən Nikolayevə çatmışdım. Kiyevdən Odessaya qədər qatarla, oradan da buraya 100 kilometrlik məsafə olmasına baxmayaraq, çətinliklə də olsa tapdığım yardımdaşıyan maşınlarla gəlmişdim. Yorğunluqdan taqətdən düşmüşdüm, ayağım şişmişdi, amma vaxt az olduğu üçün dincəlməyə imkan yox idi. Açığı gurultulu artilleriya səslərindən, dincəlmək heç mümkün də deyildi.

Zirzəmidəki sığınacağını silah anbarına çevirən döyüşçü ailə

Şəhərdə hava həyəcanı siqnalları ara vermir, ətrafda artilleriya səsləri eşidilir, amma şəhərdə həyatın axarı hiss olunurdu. Mərkəzdə yerləşən bir köşkün qarşısında çay sifariş edib, həmyerlim Anardan və Nikolayev hərbi administrasiyasından cavab gözləyirdim. Yeri gəlmişkən, həmyerlimiz həm də Nikolayev şəhər rəhbərliyində müşavir idi.

Qarşımda 40-45 yaşında təpədən dırnağa silahlanmış kişi və yanında beş-altı nəfər özü kimi silahlı adamlar dayanmışdı. Yurinin Anar dediyi, Azərbaycan diasporundan olan həmyerlimdir. Qısa söhbət əsnasında məlum oldu ki, Yurinin nəinki dostları, hətta arvadı və arvadının bacısı da onlara qoşularaq ərazi müdafiə hissələrinin tərkibində döyüş qrupu yaradıb, Nikoalyevin müdafiəsində iştirak edirlər. Hərbi administrasiya Nikolayevin təmas xəttindəki reportajıma görə bələdçi və nəqliyyat dəstəyi üçün Yurinin dəstəsinə müraciət edib.

Ona görə də çox gözləməyib onların mikroavtobusuna əyləşib yola düzəldik. Yolboyu söhbətin davamında artıq emosional tondan əsər-əlamət qalmamışdı. Hətta üzrxahlıq etdilər ki, yuxusuz və istirahətsiz neçə gündür ki, fasiləsiz döyüş tapşırıqlarını icra edirlər. Bir yanda da hərbi administrasiyanın əlavə tapşırıqlar verməsi onları daha çox yorub.

Zirzəmidəki sığınacağını silah anbarına çevirən döyüşçü ailə

Yuri müharibəyə qədər marşrut sürücüsü olub. Ukraynanın cənubunda, Qara dənizin sahilində yerləşən Nikolayev vilayətinə tez-tez gələn turistləri, qonşu Odessa istiqamətinə çimərlik məntəqələrinə daşımaqla məşğul imiş. Müharibə başlayan kimi sürücü dostları, ailələri ilə birlikdə ərazi özünümüdafiə hissələrinə yazılıblar.

Bir qədər getdikdən sonra bir evin qarşısına çatdıq. Həyətin darvazası açılan kimi, iki silahlı qadın bizi qarşıladı. Dərhal qaraja keçdik, buradan zirzəmiyə düşdük, iki 10-14 yaşlarında qız uşaqları qarşımıza çıxdılar.

– Bu arvadım Svetlana, bunlar isə qızlarımdır – deyə, silahlı qadınlardan birini və iki azyaşlı qızları göstərərək, məni də onlarla tanış etdi.

Müharibə başlayandan Yuri arvadı və iki qızı ilə bu dar qaraj zirzəmisində yaşayır. Qarajın özü isə əməlli-başlı kiçik silah anbarı idi. Minaatandan tutmuş, əl qumbaraları, müxtəlif ölçülü döyüş silahları var idi.

Məni Svetlananın hazırladığı borşa və bir-iki stəkan “qorilka”ya (ukraynalıların çəkilmə arağı) qonaq etdilər. Nikolayevdə vaxtımın azlığını onlara xatırladım, çıxmağı xahiş edən kimi kişili qadınlı hamısı silahlanmağa başladı. Çıxanda iki azyaşlı qızı zirzəmidə qoyub, onlar qayıdana qədər buradan qəti çıxmamağı tapşırdılar.

Zirzəmidəki sığınacağını silah anbarına çevirən döyüşçü ailə

Şəhərin çıxışında iki hissəyə bölündülər. Dəstədəki kişilərin çoxu harasa başqa tapşırığa getdilər. Yuri, arvadı, arvadının rəfiqəsi və daha bir kişi – təpədən dırnağa silahlı – məni götürüb Xerson istiqamətindəki təmas kəndlərinə yollandıq. Həmən vaxt burada bir neçə kəndi Ukrayna ordusu yenidən geri almışdı. Buna görə həmin kəndlərə çatan kimi çəkilişə başladım. Hiss olunurdu ki, bir neçə gün əvvəl burada əsl ölüm-dirim döyüşü gedib. Rusiya və Ukrayna ordusuna məxsus vurulmuş hərbi avtomobillər, dağıdılmış artilleriya qurğuları, tanklar, qana bulaşmış hərbi geyimlər, hətta vurulmuş bombardmançı helikopter.

Döyüşçülər ətrafı yoxlayana qədər mən bir iki “stund up” və kadrlar çəkməyə başladım. Kameraya danışaraq, eyni anda ətrafı göstərirdim. Hərəkət etdikcə vurulmuş tankın yanından keçib ətrafına əşyalar dağılmış hərbi avtomobilin yanına çatanda, elə kamera vasitəsilə gözüm bir qutu dolu siqaret blokuna sataşdı. Yaxınlaşıb əlimlə qaldırıb onu da ötəri göstərmək istəyirdim ki, kamera arxasından Svetlana havaya bir güllə atıb mənə “Dayan!” komandası verdi. Donub qaldım. Nəyə görə belə etdiyini anlamadım. Çəkilişi dayandırdım. Tez yaxınlaşıb məni kənara çəkdi. 15-20 metr uzaqlaşıb kənardan həmin siqaret blokunu balaca bir daşla vuran kimi, kiçik partlayış oldu. Sən demə ki, blokun altına “vzrıvçatka” deyilən kiçik partlayıcı qoyulubmuş. Toxunan kimi əli və ya ayağı yerindəcə partladır.

Şok vəziyyətində idim. Özümə gələndə isə Svetlanaya – “Sağ əlimi sizə borcluyam.” dedim.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv