“Azercell Telekom” MMC qadınların dəstəyinə yönəlmiş təşəbbüslərini davam etdirir

“Azercell Telekom” MMC qadınların dəstəyinə yönəlmiş təşəbbüslərini davam etdirir






presstv

"Presstv"az #Audi, #Azercell, #Quba, #Süni intellekt, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azercell Telekom” MMC qadınların ictimai və iqtisadi həyatda fəallığının artırılması istiqamətində gördüyü silsilə tədbirləri davam etdirir. Şirkət “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” müsabiqəsinin qaliblərini elan edib. Qiymətləndirmə zamanı dayanıqlıq, sosial təsir, rəqəmsal inklüzivliyin təşviqi, həmçinin texnologiya vasitəsilə həyat keyfiyyətinin yaxşılaşdırılması kimi meyarlara cavab verən layihələrə üstünlük verilib.

Final mərhələsinə beş layihə keçib. Təqdim olunan ideyalar əsasən qadın sahibkarlığının inkişafı və təhsilin gücləndirilməsi istiqamətlərini əhatə edib. Finalda iştirak edən qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarının nümayəndələri münsiflər qarşısında layihələrini təqdim ediblər. Münsiflər heyətinin yekdil qərarına əsasən “Future Fem”, “Start Her” və “Robo Girls” layihələri qalib elan olunub.

“Future Fem” layihəsi qadınların sahibkarlıq, innovasiya və liderlik sahəsində praktiki bilik və bacarıqlarını artırmağı, onların iqtisadi və sosial həyatda rolunu gücləndirməyi hədəfləyir. Eyni zamanda, qadın liderlər və texnologiya mütəxəssisləri ilə mentorluq imkanları yaradır.

“Start Her” layihəsi çərçivəsində Quba rayonu və ətraf kəndlərdən 20 gənc qıza startap və sahibkarlıq, eləcə də liderlik bacarıqlarının inkişaf etdirilməsi üçün üç ay ərzində təlimlər təşkil olunacaq. Təlim proqramının sonunda qızların qazandıqları bilikləri və ideyalarını nümayiş etdirmələri üçün hakaton keçiriləcək.

“Robo Girls” layihəsinin məqsədi Beyləqan və ətraf kəndlərdə təhsil alan qızların robototexnika və texnologiyalara marağını gücləndirmək, eləcə də yeni nəsil qadın İT və süni intellekt mütəxəssislərinin yetişdirilməsinə töhfə verməkdir.

Təşəbbüslərin reallaşdırılmasına dəstək məqsədilə “Azercell” ümumilikdə 30 000 AZN vəsait ayırıb.

Müsabiqənin qiymətləndirilmə prosesi şəffaflıq və obyektivlik prinsiplərinə əsaslanaraq, bu sahədə ixtisaslaşmış müstəqil ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən həyata keçirilib.

“Azercell Telekom” MMC müsabiqəyə qatılan bütün iştirakçılara təşəkkür edir, qaliblərə layihələrinin həyata keçirilməsində uğurlar arzulayır. Şirkət ölkədə innovasiya və inklüzivliyin təşviqinə töhfə verən layihələrə dəstək olmağa davam edəcək.

Azercell Telekom MMC qadınların dəstəyinə yönəlmiş təşəbbüslərini davam etdirir

Azercell Telekom MMC qadınların dəstəyinə yönəlmiş təşəbbüslərini davam etdirir

Azercell Telekom MMC qadınların dəstəyinə yönəlmiş təşəbbüslərini davam etdirir


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv