Bakıda qazi adı ilə avtomobilin nömrəsini gizlədən şəxs həbs edildi

Bakıda qazi adı ilə avtomobilin nömrəsini gizlədən şəxs həbs edildi






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Avto, #Bakı, #Hadisə, #İnzibati Xətalar Məcəlləsi, #Qaradağ rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının Qaradağ rayonunda avtomobilin nömrəsini gizlədərək idarə edən sürücü həbs edilib.

presstvaz-ın məlumatına görə, hadisə rayonun Lökbatan qəsəbəsində baş verib.

Astara rayon sakini, 1991-ci il təvəllüdlü şəxs “Niva” avtomobilinin dövlət qeydiyyat nişanını dəsmalla bağlayıb hərəkətdə olarkən yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü dəfələrlə nizam-intizama dəvət edilsə də, o buna məhəl qoymayıb. Yol polisi şöbəsinin əməkdaşlarının araşdırmaları zamanı məlum olub ki, həmin şəxsin sürücülük vəsiqəsi yoxdur və avtomobili sürücülük hüququ olmadan idarə edir. Avtomobil duracağa yerləşdirilərkən həmin şəxs qazi olduğunu bildirib. Yoxlama zamanı onun qazi olmadığı, yalandan qazi adından istifadə etdiyi aşkarlanıb.

O saxlanılıb və faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin qanuni tələbinə məhəl qoymamaq) maddələri ilə protokol tərtib olunub.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə şəxs 10 gün inzibati qaydada həbs edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv