Ortaaylıq əməkhaqqı artıb: Ən yüksək göstərici Bakıda qeydə alınıb

Ortaaylıq əməkhaqqı artıb: Ən yüksək göstərici Bakıda qeydə alınıb






presstv

"Presstv"az #Audi, #Bakı, #Ortaaylıq əməkhaqqı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin yanvar-sentyabr ayları üzrə ölkə üzrə dövlət sektorunda ortaaylıq nominal əməkhaqqı 1059.7 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründəki 952.3 manat səviyyəsi ilə müqayisədə 11.3 faiz artım deməkdir. Hesabat dövründə ölkə üzrə qeyri-dövlət sektorunda ortaaylıq nominal əməkhaqqı 1115.1 manat olub və bu rəqəm əvvəlki ilin eyni dövrünə (1035.2 manat) nisbətdə 7.7 faiz artım göstərib.

presstvaz xəbər verir ki, iqtisadi rayonlar üzrə ən yüksək əməkhaqqı Bakıda qeydə alınıb.

Bakı şəhərində dövlət sektorunda ortaaylıq nominal əməkhaqqı 1376.1 manat təşkil edib və bu, əvvəlki ilin müvafiq dövrünə nəzərən 12.8 faiz artım deməkdir. Qeyri-dövlət sektorunda ortaaylıq nominal əməkhaqqı isə 1349.6 manat təşkil edib və əvvəlki ilə nisbətən 5.7 faiz səviyyəsində artım qeydə alınıb.

2025-ci ilin yanvar-sentyabr aylarında muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı ölkə üzrə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9.5 faiz artaraq 1087.7 manat təşkil edib. Bakı şəhəri üzrə isə artım 8.6% olmaqla ortaaylıq əməkhaqqı 1360.4 manata çatıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv