1200 dollara alınan “Ceyms Bondun avtomobili” min dəfədən çox bahalaşdı

1200 dollara alınan “Ceyms Bondun avtomobili” min dəfədən çox bahalaşdı






presstv

"Presstv"az #Audi, #Avto, #Böyük Britaniy, #Böyük Britaniya, #Dollar, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük Britaniyadan olan təqaüdçü Con Uilyams yarım əsrdən çoxdur ki, əsl xəzinəyə sahibdir.

presstvaz “Autoevolution”a istinadən xəbər verir ki, 1972-ci ildə Uelsdəki yanacaqdoldurma məntəqəsində qaynaqçı və mexanik işləyən 18 yaşlı gənc işlənmiş “Aston Martin DB5 Vantage” almaq qərarına gəlib. Yeddi yaşlı avtomobil ona cəmi 900 funt sterlinqə (1200 dollar) başa gəlib.

Beş il sonra britaniyalıya Yaxın Şərqdə gəlirli bir iş təklif edilib və o, “Aston Martin”i öz qarajında qoyub getməli olub. Uilyamsa dəfələrlə avtomobili satmaq təklif olunsa da, o imtina edib.

2022-ci ildə mexanik avtomobili bərpa etmək qərarına gəlib. İş üç il çəkib.

İndi “Aston Martin DB5 Vantage” idman avtomobili yeni kimidir və dəyəri bir milyon funt sterlinqdən (1.32 milyon dollar) çoxdur. Buna baxmayaraq, britaniyalı sevimli avtomobilini satmaq niyyətində deyil.

Qeyd edək ki, “Aston Martin DB5 Vantage”in yüksək qiyməti onun “Ceyms Bondun avtomobili” kimi məşhurlaşması və nadir olması ilə əlaqədardır. Bu maşınlardan yalnız 39 ədəd istehsal olunub.

“Aston Martin DB5 Vantage”in əsas xüsusiyyəti 325 at gücü istehsal edən 4.0 litrlik altısilindrli mühərrikdir. 0-dan 100 km/saat-a qədər sürətlənməni 6.5 saniyəyə həyata keçirir. Avtomobilin maksimal sürəti 240 km/saat-a çatır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv