“Qonşu gəldi ki, bizim evə qeydiyyata düşmüsünüz” – Vətəndaşların üzləşdiyi problem

“Qonşu gəldi ki, bizim evə qeydiyyata düşmüsünüz” – Vətəndaşların üzləşdiyi problem






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Gəncə şəhəri, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gəncə şəhərinin Faiq Bayramov küçəsində yaşayan bir qrup sakin ciddi bir problemlə üzləşib. Belə ki, yaşayış ünvanlarının dəyişdirilməsindən sonra onların evlərində tanımadıqları şəxslər qeydiyyata düşüblər.

Vətəndaşlar bu vəziyyətdən narazılıq edərək, çıxış yolu tapa bilmədiklərini bildirirlər. Onların sözlərinə görə, bu şəxslərin çoxu ölkə hüdudlarından kənarda yaşayırlar:

“Qeydiyyata alınan şəxslərin çoxu Azərbaycanın hüdudlarından kənardadırlar, mən nə onları qeydiyyatdan çıxara bilirəm, nə də kimə şikayət edirəm, deyirlər bizlik deyil”.

Sakinlərdən biri isə öz evindəki vəziyyəti belə izah edib:

“17 nəfərdən 4-ü bizik, 13-ü qonşulardır. Qonşular da deyirlər ki, biz həmin ünvandan çıxsaq, havada qalırıq. Həmin qonşuları da qeydiyyata o biri qonşular salıblar. Biz ünvanları dəyişmək üçün gərək bütün qonşular bir-birini məhkəmə yolu ilə çıxarsın, təzədən şəxsiyyət vəsiqələri yenilənsin və çıxarış düzəlsin”.

Vətəndaşlar bu prosesin həm vaxt, həm də maliyyə baxımından çətin olduğunu qeyd edirlər. Onlar tək məhkəmə rüsumunun 100 manat, vəkilə ərizə yazdırmaq üçün isə 30-40 manat ödənməli olduğunu vurğulayırlar.

Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDXN) Ünvan Şöbəsinin müdiri Rəna Vəliyeva məsələyə aydınlıq gətirib:

“Köhnə qaydalarla ünvanların təkrarlanma halları çox olurdu. Bu və digər problemlərə görə biz ölkə üzrə yeni qaydalara, yeni sistemə keçid etdik. Yeni qaydalarla verilən ünvanlar təkrarlanmır”.

Daha ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv