Azərbaycana məxsus yük maşınları Gürcüstan sərhədində saxlanılır? – İrakli Kobaxidzedən açıqlama

Azərbaycana məxsus yük maşınları Gürcüstan sərhədində saxlanılır? – İrakli Kobaxidzedən açıqlama






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Gürcüstan, #Hadisə, #İrakli Kobaxidze, #Nəqliyyat, #Yük maşını

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana məxsus yük maşınlarının Gürcüstan sərhədində saxlanılmasına dair açıqlama verib.

Bu barədə presstvaz Gürcüstanın Bm.ge nəşrinə istinadən xəbər verir.

Kobaxidzenin sözlərinə görə, Gürcüstan sərhədində yalnız bir Azərbaycan yük maşını saxlanılıb və bu, konkret səbəbdən baş verib.

“Mən araşdırdım, belə bir hadisə baş verməyib. Bildiyim qədərilə, yalnız bir nəqliyyat vasitəsi ilə bağlı gecikmə olub. O da konkret səbəbdən. Biz bütün mümkün çətinliklərlə bağlı çox səmimi şəkildə müzakirəyə hazırıq”, – deyə Kobaxidze bildirib.

Qeyd edək ki, Azərbaycana məxsus yük maşınlarının sürücüləri tütün məhsulları daşıyan Azərbaycan yük maşınlarının 20 gündən çoxdur Batumi və Tbilisi gömrük məntəqələrində qəsdən saxlanıldığını iddia edirlər.

Gürcüstan Gəlirlər Xidməti də yük maşınlarının qəsdən dayandırılmasını təkzib edir və gömrüyün fasiləsiz işlədiyini bildirir. Onların sözlərinə görə, çətinliklər sürücülər tərəfindən lazımi sənədlərin təqdim olunmaması ilə bağlı ola bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv