Anar Əliyev: “Hazırda erkən təqaüdə çıxma məsələsi böyük aktuallıq kəsb edir”

Anar Əliyev: “Hazırda erkən təqaüdə çıxma məsələsi böyük aktuallıq kəsb edir”






presstv

"Presstv"az #Anar Əliyev, #Audi, #Azərbaycan, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Hazırda erkən təqaüdə çıxma məsələsi böyük aktuallıq kəsb edir”.

presstvaz xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev parlamentin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin ikinci oxunuşda müzakirəsi zamanı deyib. Nazir qeyd edib ki, deputatlar bu barədə ona suallar ünvanlayıb:

“Azərbaycanda güzəştli şərtlərlə erkən pensiyaya çıxmaq hüququna malik olan şəxslərin sayı və kateqoriyası sosial yönümlüdür. Belə ki, erkən pensiyaya çıxmaq hüququ çoxuşaqlı analara, zərərli və ağır əmək şəraitində çalışanlara, pilotlara, ahıl və əlilliyi olan şəxslərə qulluq edənlərə şamil edilir.

Təkcə 200 çox sahə üzrə 4 mindən çox vəzifə və peşələr üzrə fəaliyyət göstərmiş şəxslərə yaşa görə beş il erkən pensiya təyin olunur.

Son dövrlər edilmiş dəyişikliklərə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən şəxslərin siyahısına daha 65 peşə və vəzifə əlavə edilib. Bununla da erkən pensiya təyin olunan şəxslərin əhatə dairəsi genişlənib. Bu istiqamətdə də nazirlik tərəfindən mütəmadi olaraq təhlillər aparılır. Maliyyə təminatı real, məntiqli olan təkliflərə baxırıq və onları qiymətləndiririk”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv