Sahil Babayev: ” Aqrar və media güzəştləri genişləndirilir”

Sahil Babayev: ” Aqrar və media güzəştləri genişləndirilir”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Milli Məclis, #Naxçıvan Muxtar Respublikası, #Sahil Babayev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan tətbiq edilən güzəştlərin və azadolmaların qiymətləndirilməsi, onların səmərəliliyinin nəzərə alınması və digər bu kimi tədbirlərin həyata keçirilməsi istiqamətində silsilə addımlar atılır”.

presstvaz xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, artıq nazirliyin yaratdığı elektron azadolma sistemi vasitəsilə güzəştlərin nəticələri mütəmadi qiymətləndirilir, səmərəlilik parametrləri əsasında həmin güzəştlərin müddətinin uzadılmasına və yaxud uzadılmamasına dair qərarlar qəbul edilir:

“Vergi seqmentində təklif etdiyimiz digər güzəştlər də müzakirə olundu. Bu büdcə zərfi təkcə belə deyək, gəlir vergisi ilə məhdudlaşmır. Eyni zamanda Naxçıvan Muxtar Respublikası və işğaldan azad olunmuş ərazilərimizdə ən güzəştli rejim tətbiq edir. İctimai iaşədə ƏDV və sadələşdirilmiş vergi üzrə əlavə güzəştlər təqdim olunur. Aqrar və media güzəştləri genişləndirilir. Sadələşdirilmiş vergi limiti nağdsız ödənişlərdə 200 min manatdan 400 min manata qaldırılır. Turizmə müxtəlif güzəşt mexanizmləri tətbiq edilir. Yəni iqtisadiyyatın əksər sektorları üçün əlavə güzəştlər, xüsusilə iqtisadi aktivliyi stimullaşdırmaq üçün tədbirlər nəzərdə tutulur”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv