Maduro Venesuelanın hakim partiyasının yeni tərkibini açıqlayıb

Maduro Venesuelanın hakim partiyasının yeni tərkibini açıqlayıb






presstv

"Presstv"az #ABŞ, #Audi, #Hakim, #Nazirlər Kabineti, #Nikolas Maduro, #Venesuela, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Prezident Nikolas Maduro hakim Venesuela Vahid Sosialist Partiyasının (PSUV) yeni siyasi bürosunun yaradıldığını elan edib.

presstvaz xəbər verir ki, bu barədə yerli “Venezolana de Televisión” kanalı məlumat yayıb.

“Mən Bolivar inqilabının siyasi və ictimai qüvvələrinin ən yüksək səviyyəsində rəhbərliyi öz üzərinə götürəcək, bu inqilabın baş komandanı kimi mənə kömək edəcək 12 həmvətənimizdən ibarət siyasi büro təyin edirəm”, – deyə dövlət başçısı Karakasın mərkəzində minlərlə insanın iştirak etdiyi mitinqdə bəyan edib.

Partiyanın ali orqanına Venesuela Nazirlər Kabinetinin yüksəkvəzifəli şəxsləri də daxildirlər. Daxili işlər naziri Diosdado Kabello partiyanın baş katibi vəzifəsində fəaliyyətini davam etdirəcək. Parlamentin spikeri Xorxe Rodriges onun təbliğat və əks-təbliğat üzrə müavini təyin edilib.

Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodriges İstehsalat və Maliyyə Katibliyinin rəhbəri, Tanya Dias Beynəlxalq Katibliyin, Fransisko Amelyaç isə Təhlükəsizlik və Müdafiə Katibliyinin rəhbəri təyin edilib. Venesuela prezidentinin həyat yoldaşı Siliya Flores Strategiya Katibliyinin rəhbəri postunu tutub.

Qeyd edək ki, son günlər yayılan məlumatlarda ABŞ və Venesuela arasında qeyri-rəsmi danışıqlar zamanı Nikolas Maduronun ABŞ nümayəndələrinə istefa verməyə hazır olduğunu, lakin bunun ən azı 18 aydan sonra baş verə biləcəyini dediyi bildirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv