Psixiatriya Xəstəxanasında pasiyent döyülüb? – Polis araşdırmalara BAŞLADI

Psixiatriya Xəstəxanasında pasiyent döyülüb? – Polis araşdırmalara BAŞLADI






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Audi, #Demensiya, #Masallı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasında pasiyentin xəsarət alması iddia edilir.

presstvaz “Teleqraf”a istinadla xəbər verir ki, Masallı rayon sakini Telman Abdulhüseynov ailə üzvləri tərəfindən demensiya diaqnozu ilə xəstəxanaya aparılıb. O, noyabrın 29-da müəssisəyə yerləşdirilib.

Bu gün isə xəstə naməlum şəraitdə xəsarət alıb. T.Abdulhüseynovun oğlu bildirir ki, atasının aqressiv davranışları olmayıb. Onun sözlərinə görə, xəsarətlər xəstəxana əməkdaşları tərəfindən döyülmə nəticəsində yaranıb.

Xəstəxananın şöbə müdiri Xanım Hümmətova ittihamın əsassız olduğunu deyib. Onun sözlərinə görə, pasiyent döyülməyib, yıxılaraq xəsarət alıb.

Şikayət əsasında Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları xəstəxanaya cəlb olunublar.

Pasiyentin xəsarətlərinin səbəblərini müəyyən etmək üçün müvafiq tibbi ekspertiza təyin edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv