Ülvi Mehdiyev: “ASAN AI Hub” vasitəsilə təşkilatlar problemlərini, çağırışlarını elan edəcək”

Ülvi Mehdiyev: “ASAN AI Hub” vasitəsilə təşkilatlar problemlərini, çağırışlarını elan edəcək”






presstv

"Presstv"az #ASAN xidmət, #Azərbaycan, #elmi tədqiqat, #Jurnalistlər, #Ülvi Mehdiyev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ASAN Süni İntellekt platforması (“ASAN AI Hub”) iqtisadiyyata, elmə, həm də dövlət idarəetməsinə öz töhfəsini verəcək”.

presstvaz xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən platformanın əsas məqsədi dövlət təşkilatlarında, “ASAN xidmət”in özündə, eyni zamanda özəl sektor və tədqiqat inşaat mərkəzləri, elmi laboratoriyalar, alimlər üçün bir əlaqələndirici, uzlaşma rolunu oynayan platforma yaratmaqdır:

“Bu platforma vasitəsilə hər bir təşkilat öz problemlərini, çağırışlarını elan edəcək, səsləndirəcək. İnovatorlar, startupçılar və elmi tədqiqat mərkəzləri isə o çağırışlara uyğun həllər təklif edəcək. Yeni bir platformadır, yeni bir sistemdir və düşünürəm ki, bu, dolayısıyla həm iqtisadiyyatımıza, həm elmimizə, həm də dövlət idarəetməsinə öz töhfəsini verəcək”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv