Ömrü uzadan 10 qida açıqlandı – Daim yeyənlər həkimə getmir

Ömrü uzadan 10 qida açıqlandı – Daim yeyənlər həkimə getmir






presstv

"Presstv"az #Araşdırma, #Bağırsaq sağlamlığı, #Qırmızı ət, #Qocalma, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünyanın ən güclü 10 qidası açıqlanıb.

presstvaz xəbər verir ki, "Forbes" sağlamlıq üzrə aparılan araşdırmalar əsasında mütləq istifadə edilməli olan 10 təbii qidanın siyahısını açıqlayıb.

Bu məhsulların orqanizmi gücləndirdiyi, qocalmanı ləngitdiyi və ümumi sağlamlığa müsbət təsir göstərdiyi bildirilir.

Siyahıda yer alan məhsullar:

Somon balığı

Omega 3 və B12 ilə zəngin olan somon ürək-damar sağlamlığını dəstəkləyir, maddələr mübadiləsini sürətləndirir və güclü zülal mənbəyi kimi seçilir.

Alma

Antioksidant və liflə zəngin alma hüceyrələri qoruyur, immuniteti gücləndirir, şəkər və ürək xəstəliklərinə qarşı fayda göstərir.

Brokoli

Yüksək lif tərkibi sayəsində həzmi asanlaşdırır və bağırsaq sağlamlığını yaxşılaşdırır.

Nar

Güclü antioksidant təsirə malikdir, iltihabı azaldır, ürək sağlamlığını dəstəkləyir.

Lobya

A və C vitamini, fol turşusu və kaliumla zəngin fasulye pis xolesterolu azaltmağa kömək edir.

Fındıq

Doymamış yağ turşuları, vitamin və mineralların yüksək miqdarı sayəsində beynin və ürəyin fəaliyyətini gücləndirir.

Süd

Kalsium, B2, B12 və A vitamini ilə zəngin olan süd sümük sağlamlığı üçün əsas qidalardan sayılır.

Qırmızı ət

Zülal, dəmir və B qrup vitaminləri ilə zəngindir, enerji verir və əzələ inkişafını dəstəkləyir.

Yumurta

Bütün zəruri amin turşularını ehtiva edən yumurta yüksək keyfiyyətli zülal mənbəyidir.

Qarağat

Antioksidant təsiri ilə yaddaşı gücləndirir, immuniteti artırır və ürək xəstəlikləri riskini azaldır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv