Ziyansız kimi görünüb, zəhər saçan içkilər açıqlandı

Ziyansız kimi görünüb, zəhər saçan içkilər açıqlandı






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #diabet, #Həkim, #London

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-li kardioloq Dmitri Yaranov illərlə tibbdə çalışdıqdan sonra bir daha heç vaxt dietik qazlı içkilərə toxunmayacağını açıqlayıb.

presstvaz xəbər verir ki, həkim “sıfır şəkər” ifadəsini qablaşdırma üzərindəki “ən böyük yalan” adlandırıb.

Yaranov deyib ki, uzun müddət bu içkilərin çəkiyə və qan şəkərinə nəzarət üçün “daha sağlam seçim” kimi təqdim olunmasına baxmayaraq, yeni elmi məlumatlar tam əksini göstərir.

Kardioloq UEG Week 2025 konfransında təqdim olunan geniş araşdırmaya istinad edib. Təxminən 10 il ərzində qaraciyər xəstəliyi olmayan 124 mindən çox insan izlənilib və nəticələr göstərib ki

• Dietik və ya şəkərsiz içkiləri mütəmadi içənlərdə qaraciyərdə yağlanma riski artır
• Qaraciyərdə yağ toplanması dinamikası yüksəlir
• Qaraciyər xəstəliklərindən ölüm ehtimalı əhəmiyyətli dərəcədə çoxalır

Tədqiqat həmçinin göstərib ki, adi şəkərli içkiləri dietik içkilərlə əvəz etmək riskləri azaltmır.

Yaranov bildirib ki, süni şirinləşdiricilər bədənə “təbii şəkərdən daha ağır təsir göstərir” və bağırsaq metabolizmini, həmçinin qaraciyərin yağ emalını pozaraq xəstəlik riskini təxminən 60 faiz artırır.

“Unutmayın, süni şirin dad heç də zərərsiz deyil. Sıfır şəkər yazılması sıfır ziyan mənasına gəlmir. Bunu ilk hiss edən orqan isə qaraciyərdir”, – deyə kardioloq vurğulayıb.

Bununla belə, HCA London Bridge Hospitalın qastroenteroloqu Hel Brindli hesab edir ki, dietik içkiləri tamamilə rasiondan çıxarmaq şərt deyil. O, bildirib ki, hazırkı araşdırmaların mexanizmi tam aydın olmasa da, əsas risk faktorları hələ də artıq çəki və II tip diabetdir.

Həkim məsləhət görür ki, belə içkilərdən tam imtina etməyə ehtiyac yoxdur, lakin onları yalnız mülayim miqdarda qəbul etmək daha doğru yanaşmadır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv