“Red Bull” Kimi Antonelli ilə bağlı ittihamlara görə üzr istəyib

“Red Bull” Kimi Antonelli ilə bağlı ittihamlara görə üzr istəyib






presstv

"Presstv"az #Audi, #Formula-1, #Hadisə, #Qətər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Formula-1” “Red Bull” komandasının Mətbuat Xidməti “Mercedes”in 18 yaşlı pilotu Kimi Antonelliyə rəsmi üzrxahlıq edib.

presstvaz xarici mediaya istinadən xəbər verir ki, “Red Bull”un məsləhətçisi Helmut Marko komandanın rəsmi bəyanatından sonra Antonellidən açıq şəkildə üzr istəyib.

“Qətər Qran-prisinin sonunda və finişdən sonra edilən şərhlər, guya “Mercedes” pilotu Kimi Antonellinin qəsdən Lando Norrisin onu ötməsinə icazə verməsi iddiası açıq şəkildə həqiqətə uyğun deyil. Həmin anın videotəkrarı göstərir ki, Antonelli bir anlıq maşının idarəetməsini itirib və bu da Norrisin onu ötməsinə imkan yaradıb. Biz səmimi şəkildə təəssüflənirik ki, bu hadisə Kiminin internetdə təhqirlərə məruz qalmasına səbəb olub”, – deyə komandanın bəyanatında bildirilib.

Qeyd edək ki, daha əvvəl Marko bildirmişdi ki, italiyalı qəsdən “McLaren” pilotu Lando Norrisin Qətər Qran-prisinin son dövrələrində onu ötməsinə icazə verib.

“Mən yenidən diqqətlə videoya baxdım. İlk dəfə Antonelli bir az daha yaxşı mövqeyini qoruya bilərdi (Oskar Piastri onu ötəndə – red.). İkinci dəfə isə bu, qəsdən deyil, pilot səhvi idi. Təəssüf edirəm ki, Antonelli internetdə bu qədər mənfi rəy aldı. Bir daha dəqiqləşdirirəm: o, Norrisi qəsdən buraxmayıb”, – deyə Marko bildirib.

Xatırladaq ki, Qətər Qran-prisində italiyalı pilot sondan əvvəlki dövrədə səhv edib, “McLaren” pilotu Lando Norris isə onu ötüb və iki xal çox qazanıb, yəni çempionatda “Red Bull” pilotu Maks Ferstappenlə fərqi də iki xal artırıb. Çempionatın sonuncu yarışında isə belə bir fərqi aradan qaldırmaq çox çətin olacaq. Ona görə də Kiminin ünvanına Maksın və “Red Bull”un azarkeşlərindən yüzlərlə təhqiredici mesaj, o cümlədən qisas təhdidləri daxil olmuşdu.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv