Binanın damında 15 yaşlı qıza əxlaqsızlıq edən gənc həbs olundu

Binanın damında 15 yaşlı qıza əxlaqsızlıq edən gənc həbs olundu






presstv

"Presstv"az #Ailə, #Audi, #Cinayət işi, #İsrail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gəncədə yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan 2005-ci il təvəllüdlü Ş.Məmmədov (şərti) cinayət məsuliyyətinə cəlb edilib.

presstvaz “Qafqazinfo”ya istinadla xəbər verir ki, Gəncə Şəhər Məhkəməsi 20 yaşlı gənci Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilib.

Müəyyən edilib ki, Ş.Məmmədov 2022-ci ildə əslən Gəncədən olan və ailəsi ilə birgə İsraildə yaşayan 2009-cu il təvəllüdlü Amaliya (şərti) ilə sosial şəbəkə vasitəsilə tanış olub. 2024-cü ildə yeniyetmə qız valideyni ilə qohumlarına baş çəkmək üçün Gəncəyə gedib. Bu ərəfədə Ş.Məmmədovla Amaliya şəhər ərazisində görüşüblər. 20 yaşlı gənc onu taksi ilə yaşadığı binanın qarşısına gətirib və birlikdə çoxmərtəbəli binanın damına çıxıblar. Burada gənc oğlan yeniyetmə qıza qarşı əxlaqsız hərəkətlərə yol verib.

Yeniyetmə evə qayıtdıqdan sonra anası baş verənləri öyrənib və polisə şikayət edib.

Faktla bağlı açılan cinayət işinin materialları Gəncə Şəhər Məhkəməsinə göndərilib və məhkəmənin hökmü ilə Ş.Məmmədov 2 il müddətinə həbs edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv