“Bayraktar Kızılelma” döyüş təyyarəsi dünya aviasiya tarixinə keçdi

“Bayraktar Kızılelma” döyüş təyyarəsi dünya aviasiya tarixinə keçdi






presstv

"Presstv"az #Audi, #təyyarə, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin “Bayraktar Kızılelma” təyyarəsi aviasiya tarixində görünüş məsafəsindən kənar “hava-hava” raketindən istifadə edərək, reaktiv mühərrikli hava hədəfini vuran dünyada ilk pilotsuz döyüş təyyarəsi oldu.

presstvaz xəbər verir ki, bu barədə məlumatı “Baykar” şirkəti yayıb.

Məlumata görə, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma” bu uğura Sinop sahillərində həyata keçirilən sınaq zamanı imza atıb.

Bildirilir ki, “Bayraktar Kızılelma” pilotsuz hava platformaları arasında “hava-hava” atəş qabiliyyətinə malik dünyada ilk və yeganə platforma kimi aviasiya tarixinə keçib.

Qeyd edilir ki, sınaq zamanı təyyarədəki yerli istehsal olan “Murad” AESA radarı havadakı hədəfi təsbit edərək onu təqib edib, hədəf yerli “Gökdoğan” raketi ilə vurulub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv