Azərbaycanı dünya çempionatında 11 boksçu təmsil edəcək

Azərbaycanı dünya çempionatında 11 boksçu təmsil edəcək






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Boks Federasiyası, #Birləşmiş Ərəb Əmirlikləri, #Boks, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dekabrın 3-13-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində boks üzrə dünya çempionatı keçiriləcək.

presstvaz xəbər verir ki, bu barədə Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, 120-dən çox ölkənin qatılacağı mundialda Azərbaycan millisi də mübarizə aparacaq.

Komandamızın baş məşqçisi Ravşan Xocayev yarışda 11 boksçuya şans verəcək. Dünya çempionatında Sübhan Mamedov (48 kiloqram), Nicat Hüseynov (51 kiloqram), Zəlimxan Süleymanov (54 kiloqram), Ümid Rüstəmov (57 kiloqram), Məhəmmədəli Aşurəliyev (60 kiloqram), Maqsud Xasmetov (63,5 kiloqram), Zaur Qəhrəmanov (67 kiloqram), Sərxan Əliyev (70 kiloqram), Səidcəmşid Səfərov (80 kiloqram), Alfonso Dominqes (86 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) rinqə çıxacaqlar.

Mundialda Fuad Aslanovla Rövşən Qədirov hakimlər sırasında yer alacaqlar. Milli komandaya rəhbərliyi isə Azərbaycan Boks Federasiyası İdarə Heyətinin üzvü Rövşən Hüseynov edəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv