Qazaxıstan etirazını bildirdi: Ukraynadan tədbir görülməsini gözləyir

Qazaxıstan etirazını bildirdi: Ukraynadan tədbir görülməsini gözləyir






presstv

"Presstv"az #Astana, #Audi, #Kiyev, #Qazax, #Qazaxıstan, #Ukrayna, #Xarici İşlər Nazirliyi (XİN)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qazaxıstanın Xarici İşlər Nazirliyi (XİN) Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna edilən hücumla bağlı etirazını bildirib.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin rəsmi nümayəndəsi Aybek Smadiyarovun bəyanatında yer alıb.

“Qazaxıstan Xarici İşlər Nazirliyi Beynəlxalq Xəzər Boru Kəməri Konsorsiumunun Novorossiysk dəniz limanı akvatoriyasında yerləşən kritik infrastrukturuna növbəti məqsədyönlü hücumla əlaqədar etirazını bildirir”, – deyə bəyanatda qeyd olunur.

Həmçinin vurğulanır ki, bu, beynəlxalq hüquq normaları ilə fəaliyyəti təmin olunan mülki obyektə qarşı artıq üçüncü təcavüz aktıdır.

XİN həmçinin qeyd edib ki, hücumu Astananın Kiyevlə münasibətlərinə zərər vuran bir addım kimi qiymətləndirir və Ukrayna tərəfindən bu kimi insidentlərin təkrarlanmamasına dair kəsərli tədbirlər gözləyir.

Xatırladaq ki, noyabrın 29-da pilotsuz katerlərin hücumu nəticəsində Xəzər Boru Kəməri Konsorsiumunun yanalma qurğularından biri əhəmiyyətli dərəcədə zədələnib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv