Mütəxəssislərdən XƏBƏRDARLIQ: Hamam dəsmalları infeksiya yayırlar

Mütəxəssislərdən XƏBƏRDARLIQ: Hamam dəsmalları infeksiya yayırlar






presstv

"Presstv"az #Ailə, #Audi, #Bakteriya, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Təmizlik üçün istifadə edilən hamam dəsmalları ciddi sağlamlıq problemlərinə yol aça bilər.

presstvaz “Sözcü” qəzetinə istinadən xəbər verir ki, bu barədə britaniyalı mütəxəssislər xəbərdarlıq ediblər.

Bildirilir ki, qışda havanın soyuması və evlərin daha az havalandırılması səbəbilə hamamlarda rütubətlik uzun müddət qalır və bu, dəsmallarda bakteriyaların çoxalmasına gətirib çıxarır.

Təmizlik qaydalarına vaxtında əməl edilmədikdə, dəsmallarda kif və göbələk kimi mikroorqanizmlər peyda olur, çünki bədən yağları və ölü dəri hüceyrələri bu kimi orqanizmlərin sürətlə çoxalmasına şərait yaradır.

Bu hal norovirus, MRSA və bağırsaq çöpü infeksiyaları kimi təhlükəli mikroblara məruz qalma riskini artıra bilər.

Buna görə də dəsmallar ən gec üç dəfə istifadə edildikdən sonra yuyulmalı, havalandırmanın yaxşı olduğu mühitdə tam qurudulmalı, mümkünsə, hamamın pəncərəsi azca açıq saxlanılmalıdır, dəsmalları ailə üzvləri arasında bölüşdürmək olmaz.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv