İTV Ertem Şenerin müraciətini qəbul etmədi

İTV Ertem Şenerin müraciətini qəbul etmədi






presstv

"Presstv"az #İtaliya, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyəli şərhçi Ertem Şenerin "Qarabağ"ın İtaliyadakı oyununda şərhçi olmamasının səbəbi bilinib.

presstvaz Sportal.az-a istinadən xəbər verir ki, Ertem Şener şərh etmək məqsədilə "Qarabağ"ın səfər oyunlarını yayımlayan İTV-yə müraciət edib.

Lakin telekanal rəhbərliyi bu təklifə razılıq verməyib.

Qeyd edək ki, Ertem Şenerin "CBC Sport" telekanalında efirə gedən "Qarabağ" – "Çelsi" oyununda şərhçilik etməsi bu sahədə ilk olmuşdu. Tanınmış türk şərhçinin Pərviz Musayevlə tandemi ictimaiyyət tərəfindən də müsbət qarşılanmışdı. 

Həmin oyundan sonra məlumat yayılmışdı ki, Ertem Şener bu mövsüm "Qarabağ"ın Çempionlar Liqasında qalan oyunlarında da şərhçilik edəcək. Lakin İTV telekanalı ilə yayımlanan "Napoli" – "Qarabağ" matçında ənənəvi mənzərə müşahidə olundu. Matçı Tural Dadaşovun şərhində izlədik.

Əlavə edək ki, Ertem Şenerin "Qarabağ"ın növbəti ev oyunlarında şərhçi kimi iştirakı gözlənilir. 

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv