Hindistanda Asiya şirləri üç gündə iki uşaq yeyiblər

Hindistanda Asiya şirləri üç gündə iki uşaq yeyiblər






presstv

"Presstv"az #Audi, #Hadisə, #Hindistan, #Meşə, #Planet

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hindistanın Qucarat əyalətində nadir Asiya şirləri üç gündə iki uşaq yeyiblər.

presstvaz bildirir ki, bu barədə “The Times of India” nəşri məlumat verib.

Məlumata görə, Qir Meşə Milli Parkının yerləşdiyi Qir-Somnat dairəsində dişi Asiya şiri bir qız uşağına hücum edib. İki yaşlı Aadhya Makvana öz evinin eyvanında oynayarkən yanında şir peyda olub. Bu zaman uşağın anası eyvanda qab yuyurmuş və o, dişi aslanı qovmağa çalışıb, lakin buna nail olmayıb. Heyvan qızcığazı tutaraq cəngəlliyə sürükləyib.

Uşağın yaxınları hadisə barədə Meşə Təsərrüfatı Departamentinə bildiriblər və qurum əməkdaşları şiri təqib etməyə başlayıblar. Tezliklə uşağın yarım yeyilmiş qalıqlarını cəngəllikdə aşkar ediblər. Yırtıcı heyvanı iki saat sonra tutmaq mümkün olub.

Elə həmin gün Qucarat ştatının Amreli rayonunda Asiya şiri bir fermerə hücum edib. 34 yaşlı kişi ağır xəsarətlər alıb və xəstəxanaya aparılıb. Bundan bir gün əvvəl, eyni rayonda dişi şir oğlan uşağına hücum edib və uşağı xilas etmək mümkün olmayıb. Yerli sakinlər milli parkın yaxınlığında yırtıcıların hücumlarının artmasından narahatlıqlarını ifadə ediblər.

Qir meşəsi planetdə Asiya şirlərinin təbii yaşayış mühitində yaşadığı yeganə yerdir. Milli park 1965-ci ildə insanlar tərəfindən demək olar ki, tamamilə məhv edilmiş bu növü xilas etmək üçün yaradılıb. 2025-ci ilin məlumatlarına görə, Qir meşəsində 891 Asiya şiri yaşayır. Son illərdə bölgədə yırtıcıların populyasiyası kəskin şəkildə artıb və onlar daha tez-tez insanlara hücum etməyə başlayıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv