Qarabağ və Şərqi Zəngəzurda internetlə təmin edilən abunəçilərin sayı açıqlandı

Qarabağ və Şərqi Zəngəzurda internetlə təmin edilən abunəçilərin sayı açıqlandı






presstv

"Presstv"az #Cəbrayıl, #Füzuli, #Şuşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci il noyabrın 1-dək azad olunmuş ərazilərdə 6353 abunəçi GPON texnologiyası ilə sürətli internet, telefon və İP TV xidmətləri ilə təmin olunub.

presstvaz xəbər verir ki, bu abunəçilər, Ağdam şəhəri, Sarıcallı, Kəngərli və Xıdırlı kəndləri, Ağdərə rayonunun Talış, Həsənriz, Suqovuşan, Kolatağ və Vəngli məntəqələri, Cəbrayıl şəhəri və Cocuq Mərcanlı, Füzuli, Şuşa, Xankəndi, Kəlbəcər, Laçın və Xocalı şəhərləri, eləcə də Ballıca, Əsgəran, Xanyurdu, Təzəbinə, Badara və Daşbulaq yaşayış məntəqələri ilə yanaşı, Zəngilan rayonunun Ağalı kəndində yaşayan əhalini də əhatə edir.

Belə ki, yerli əhalinin köçürülməsi və yaşayış məntəqələrinin istifadəyə verilməsi qrafikinə uyğun olaraq, bu ərazilərdə xidmətlərin təşkili üzrə işlər aparılır.

Eyni zamanda, ərazidə telekommunikasiya xidmətlərinin təşkili məqsədilə 25 yaşayış məntəqəsi arasında ümumi uzunluğu 975 km olan magistral fiber-optik kabel çəkilişi layihəsi çərçivəsində 727 km uzunluğunda müxtəlif markalı fiber-optik kabellər döşənib.

presstvaz 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv