Putin və Orban Moskvada danışıqlar aparıblar

Putin və Orban Moskvada danışıqlar aparıblar






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Jurnalistlər, #Macarıstan, #Münaqişə, #Rusiya, #Rusiyaya qarşı sanksiyalar, #Ukrayna, #Viktor Orban, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Macarıstanın Baş naziri Viktor Orban arasında görüş keçirilir.

presstvaz TASS-a istinadla xəbər verir ki, Orban noyabrın 28-də Rusiya lideri ilə danışıqlar aparmaq üçün Moskvaya gəlib.

Macarıstanın baş naziri Moskvaya uçmazdan əvvəl aeroportda jurnalistlərə bildirib ki, Putinlə Ukraynada münaqişənin nizamlanması, həmçinin enerji daşıyıcılarının tədarükü məsələlərini müzakirə etməyi planlaşdırır.

Görüş zamanı Vladimir Putin qeyd edib ki, Rusiya və Macarıstan arasında enerji sahəsində əməkdaşlıq yetərincə genişdir, lakin bunun özü də ölkə rəhbərləri səviyyəsində müzakirələr tələb edir.

Macarıstan Rusiyadan fəal şəkildə enerji daşıyıcıları satın alır. Orbanın qeyd etdiyi kimi, o bunu öz iqtisadiyyatı üçün mühüm dayaq və çox prinsipial məsələ hesab edir və digər Avropa dövlətlərindən fərqli olaraq, öz ölkəsinin Rusiyaya qarşı sanksiyalardan azad olunması üçün ABŞ-nin razılığını əldə edib.

“Biz suveren xarici siyasət xətti yeridirik. Biz xaricdən təzyiqlərə boyun əymədik və Rusiya ilə vacib sahələrin heç birində əməkdaşlığı dayandırmadıq”, – deyə o bildirib.

Rusiya prezidenti də bəyan edib ki, Budapeşt Ukrayna məsələsində tarazlı mövqe nümayiş etdirir və Moskva bunu görür.

Orban isə bildirib ki, Macarıstan Ukrayna ilə bağlı sülh danışıqlarının keçirilməsi üçün məkan təqdim etməyə hazırdır.

Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbana Rusiya-ABŞ sammitini Budapeştdə qəbul etməyə hazır olduğuna görə təşəkkür edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv