Son altı ayda ölkəyə qanunsuz 1 337 karat brilyant gətirilməsinin qarşısı alınıb

Son altı ayda ölkəyə qanunsuz 1 337 karat brilyant gətirilməsinin qarşısı alınıb






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Dollar, #Mobil telefon, #Nəqliyyat, #Siqaret

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gömrük orqanları tərəfindən həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində son altı ay ərzində müxtəlif kateqoriyalı bəyan olunmamış mallar aşkar edilib. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi dəyəri 445 min 823 manat olan mallar gömrük orqanlarına təqdim olunaraq dürüstləşdirilib.

presstvaz xəbər verir ki, bu barədə məlumat Dövlət Gömrük Komitəsi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təşkil olunmuş mediaturda verilib.

Belə ki, risk təhlili sisteminin tətbiqi nəticəsində 153 qram kokain narkotik vasitə aşkar edilərək qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və hüquq pozan şəxs məsuliyyətə cəlb olunub.

İdarədə Xidmətin təşkili şöbəsinin rəisi Elşən Səfərli məlumat verib ki, gömrük nəzarəti tədbirləri çərçivəsində son 6 ay ərzində 234 inzibati xəta və 54 cinayət xarakterli fakt qeydə alınıb. Bu müddət ərzində əvvəlcədən bəyan edilməyən və qanunsuz olaraq ölkəyə gətirilməsi və ya ölkədən çıxarılması cəhd edilən aşağıdakı malların qarşısı alınıb:

Bu dövr ərzində ölkəyə 261 412 ABŞ dolları, 21 min 728 avro və 100 min funt sterlinq pul vəsaitlərinin qeyri-leqal yolla keçirilməsinin qarşısı alınıb. Bu ilin 6 ayında 145 qutu güclü təsiredici dərman, 1 520 konvolyut dərman preparatı, 11 520 ədəd siqaret, 17 kiloqram balıq kürüsü, 1 185 ədəd mobil telefonun ölkəyə keçirilməsinin qarşısı alınıb. Zərgərlik məlumatları üzrə isə 1 337 karat brilyantın, 1 544 qram qızılın ölkəyə qeyri-leqal yolla keçirilməsi faktı aşkarlanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv