Tanınmış oftalmoloqla bağlı şikayət əsasında açılan cinayət işinə xitam verilib

Tanınmış oftalmoloqla bağlı şikayət əsasında açılan cinayət işinə xitam verilib






presstv

"Presstv"az #Cinayət işi, #Həkim, #oftalmoloq, #Səbail, #Səhlənkarlıq, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tanınmış oftalmoloq Cahid Şahbazovun etdiyi göz əməliyyatından sonra görmə qabiliyyətini itirən Humay Əliyevanın şikayəti əsasında başlanılmış cinayət işinə xitam verilib.

presstvaz APA-ya istinadən xəbər verir ki, buna səbəb onların öz aralarında barışıq əldə edilməsi olub.

Həkimin zərərçəkən şəxsə kompensasiya ödədiyi bildirilir.

Qeyd edək ki, iyul ayında Humay Əliyevanın “Caspian International Hospital”da oftalmoloq Cahid Şahbazov tərəfindən səhv diaqnoz qoyularaq göz əməliyyatı olunduqdan sonra görmə qabiliyyətini itirməsi ilə bağlı iddialar yayılıb. Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq – vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Bu barədə açıqlama verən Cahid Şahbazovun vəkili Asim Abbasov bildirib ki, müvəkkili cinayət məsuliyyətinə cəlb olunmayıb, yalnız fakt üzrə cinayət işi açılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv