“AZINCLOUD” ilə məlumatlarını ölkə daxilində saxla

“AZINCLOUD” ilə məlumatlarını ölkə daxilində saxla






presstv

"Presstv"az #Audi, #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC-nin ictimai “bulud” xidməti “AZINCLOUD” istifadəçilərə məlumatlarını ölkə daxilində saxlamaq imkanı yaradır.

Əsasən, fiziki şəxslər, kiçik və orta bizneslər, fərdi sahibkarlar və startaplar üçün nəzərdə tutulan “AZINCLOUD”da onlayn qeydiyyatdan keçərək qısa müddətdə öz “bulud” infrastrukturunu yaratmaq mümkündür. Xidmət çərçivəsində məlumatlar və informasiya sistemləri daha az xərclə və sürətli şəkildə idarə oluna bilir. Platformada istənilən vaxt, istənilən yerdən məlumatlara çıxış imkanı mövcuddur.

Qlobal “bulud” provayderləri ilə müqayisədə “AZINCLOUD”u seçməyin üstünlükləri aşağıdakılardır:

– Məlumatlar xarici serverlərdə deyil, ölkə daxilində saxlanılır;

– “AZINCLOUD”da hüquqi əsaslar yerli qanunvericiliyə uyğun tənzimlənir;

– Azərbaycan dilində olan platforma sadə interfeysə malikdir;

– Vətəndaşlara rahat istifadə imkanı yaradır;

– Tətbiq olunmuş qiymətlər yerli bazara uyğunlaşdırılıb;

– Yerli valyuta ilə ödəniş nəticəsində əlavə komissiyalardan azad olunma;

– 24/7 müştəri dəstəyi xidməti mövcuddur.

“AZINCLOUD” yerli bazarın tələblərinə uyğun, təhlükəsiz, sərfəli və rahat “bulud” həlli təqdim etməklə, ölkədə rəqəmsal transformasiyanın sürətlənməsinə və istifadəçilərin müasir texnologiyalardan səmərəli faydalanmasına şərait yaradır.

Xidmətlərdən yararlanmaq üçün istifadəçilər platformanın əsas səhifəsində “Giriş” bölməsinə keçid edərək qeydiyyatdan keçə və özlərinə uyğun xidmətləri seçə bilərlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv