Uyğunluq sertifikatının və bəyannaməsinin təqdim olunması qaydasında dəyişiklik edilib

Uyğunluq sertifikatının və bəyannaməsinin təqdim olunması qaydasında dəyişiklik edilib






presstv

"Presstv"az #Əli Əsədov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim olunması qaydalarında dəyişiklik edilib.

presstvaz xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla qaydalara aşağıdakı dəyişikliklər edilib.

Belə ki, 1.2.12-ci yarımbənd aşağıdakı redaksiyada verilir:

– seriyalı istehsal olunan mallar – vahid texnoloji prosesdən istifadə etməklə eyni sənədlərə uyğun istehsal olunan və mal vahidlərinin və ya vaxtaşırı təkrarlanan mal partiyalarının ardıcıl seriyası şəklində dövriyyəyə buraxılan mallar;

həmçinin aşağıdakı məzmunda 1.2.12-1-ci yarımbənd əlavə edilir:

– malı müşayiət edən sənədlər – malın nomenklaturasını və miqdarını müəyyən edən sənədlər;

Bundan əlavə, texniki reqlamentdə başqa hal nəzərdə tutulmayıbsa, uyğunluq sertifikatı seriyalı istehsal olunan mallara 5 ildən çox olmayan müddətə verilir, mal partiya və ya mal vahidi üçün müddət müəyyən edilmir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv