Samir Namazov: “Şəmkir xəstəxanasına 30 adda yeni tibbi avadanlıq gətirilib”

Samir Namazov: “Şəmkir xəstəxanasına 30 adda yeni tibbi avadanlıq gətirilib”






presstv

"Presstv"az #İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, #Şəmkir, #Şəmkir Rayon Mərkəzi Xəstəxanası, #Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Şəmkir Rayon Mərkəzi Xəstəxanası 229 çarpayı ilə stasionar xidmətin təşkili imkanına malikdir”.

presstvaz-ın Şəmkirə ezam olunan müxbiri xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına təşkil olunan mediatur zamanı müəssisənin direktoru Samir Namazov deyib.

O qeyd edib ki, xəstəxanada müxtəlif ixtisaslar üzrə 15 şöbə fəaliyyət göstərir və vətəndaşlara həm ambulator, həm də stasionar tibbi xidmətlər təqdim olunur:

“İcbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanaya 30 adda yeni tibbi avadanlıq gətirilib. KT, MRT, qastroskop, elektroensefaloqrafiya, exokardioqrafiya, otoskop, oftalmoskop, laparoskop və digər diaqnostik cihazlar xəstələrin müayinəsində operativlik və dəqiqlik yaradır. Həmçinin xəstəxanada Hemodializ şöbəsi istifadəyə verilib və üç növbə üzrə fəaliyyət göstərir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv