Nazir: “Bu ilin 10 ayı ərzində 16 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib”

Nazir: “Bu ilin 10 ayı ərzində 16 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib”






presstv

"Presstv"az #Anar Əliyev, #Bakı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Məşğulluq istiqamətində həyata keçirilən tədbirlər artıq aşkar və ölçülə bilən nəticələr verməkdədir. Bu ilin 10 ayı ərzində nazirlik tərəfindən 491 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 158 min nəfər işlə təmin edilib, 82 peşə istiqaməti üzrə 15 mindən çox şəxs peşə hazırlığına, 16 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib”.

presstvaz xəbər verir ki, bu fikirləri Bakıda ilk dəfə keçirilən Gələcəyin Peşələri Sammitində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

O bildirib ki, bu dövr ərzində 302 min şəxsə peşəyönümlü məsləhət xidmətləri göstərilib:

“Bu göstəricilər əmək bazarının dinamik və inklüziv şəkildə inkişaf etməsini və bu inkişafda xüsusilə gənclərin rolunun yüksək olmasını təsdiqləyir”.

Nazir əlavə edib ki, 2022-ci ildən başlayaraq keçirilən “Peşələr Festivalı” minlərlə yeniyetmə və gəncin düzgün peşə seçimi barədə məlumatlılığının artırılması və əmək bazarına hazırlıqlı daxil olmalarına dəstək olub:

“Cari ildə 11 şəhər və rayonu əhatə edən “PeşəFest 2025″ marafonunda 95 mindən çox gənc və məktəbli bu platforma vasitəsilə əmək bazarındakı aktual trendlərlə tanış olmaq, müxtəlif peşə istiqamətləri üzrə mütəxəssislərlə birbaşa ünsiyyət qurmaq və gələcək karyera planlarını formalaşdırmaq imkanı əldə ediblər”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv