Sahil Babayev: “İordaniya Azərbaycanı tranzit habı kimi nəzərdən keçirir”

Sahil Babayev: “İordaniya Azərbaycanı tranzit habı kimi nəzərdən keçirir”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Mətbuat konfransı, #Orta Dəhliz, #Sahil Babayev, #Yaxın Şərq, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İordaniya Azərbaycanı tranzit habı kimi nəzərdən keçirir və Orta Dəhliz bu məsələdə strateji rol oynaya bilər”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda Azərbaycan və İordaniya arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

“Vacib hesab etdiyimiz istiqamətlərdən biri məhz tranzit potensialımızdan istifadədir. Bununla yanaşı, Zəngəzur dəhlizi həm Orta Dəhlizin əsas hissəsidir, həm də qərb və şimal-cənub dəhlizlərinin kəsişməsində yerləşir. Buna görə İordaniya üçün Azərbaycan tranzit habı kimi nəzərdən keçirilir və bu istiqamətdə həm cənubdan, həm də qərbdən gələn malların digər istiqamətlərə yönləndirilməsi (və əksinə) məsələsi müzakirə olunur. Bu dəhliz gələcəkdə onlar üçün çox vacib, strateji rol oynaya bilər”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, Azərbaycan, eyni zamanda İordaniyanın tranzit potensialından geniş istifadə imkanlarını nəzərdən keçirir:

“Xüsusilə Yaxın Şərq regionunda biz İordaniyanın təqdim etdiyi tranzit imkanından istifadə etmək niyyətindəyik”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv