KTMT-nin növbəti sammitinin keçiriləcəyi yer və tarix açıqlanıb

KTMT-nin növbəti sammitinin keçiriləcəyi yer və tarix açıqlanıb






presstv

"Presstv"az #Aleksandr Lukaşenko, #Audi, #Belarus, #Qazax, #Qazaxıstan, #Qırğızıstan, #Rusiya, #Tacikistan, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Növbəti KTMT sammitinin keçiriləcəyi yer və tarix açıqlanıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sammiti 11 noyabr 2026-cı ildə Moskvada keçiriləcək.

presstvaz-ın “İzvestiya” nəşrinə istinadən xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən KTMT-nin genişləndirilmiş iclasında məlumat verib.

“Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclasının 11 noyabr 2026-cı ildə Moskvada keçirilməsi barədə razılığa gəlinib”, – deyə Putin bildirib.

O, Rusiyanın xarici qonaqları öz paytaxtında görməkdən məmnun olacağını qeyd edib və ölkənin bu il təşkilata sədrliyi çərçivəsində Qırğızıstana bütün lazımi yardım və dəstəyi göstərəcəyini vurğulayıb.

Vladimir Putin KTMT-ni Avrasiya regionunda təhlükəsizlik və sabitliyin etibarlı qarantı adlandırıb. Rusiya lideri vurğulayıb ki, Rusiyanın KTMT-nin müdafiə potensialının gücləndirilməsində müttəfiqləri ilə sıx əməkdaşlıq etməyə davam edəcək. Bundan əlavə, Rusiya prezidenti KTMT-ni nüfuzlu regional struktur adlandırıb.

12:17

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şurasının məhdud tərkibdə iclası başlayıb.

Bu barədə presstvaz vedomosti.ru-ya istinadən xəbər verir.

Məlumata görə, iclasda Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov və Tacikistan Prezidenti Emoməli Rəhmon iştirak edirlər.

İclas iştirakçıları ölkələrin birgə fəaliyyəti ilə bağlı cari məsələləri, xüsusən də narkotik qaçaqmalçılığı və qanunsuz miqrasiya ilə mübarizədə əməkdaşlığın gücləndirilməsini müzakirə edəcəklər.

Məhdud tərkibdə müzakirədən sonra dövlət başçıları danışıqları genişləndirilmiş formatda davam etdirəcəklər. İştirakçıların sessiyalararası dövrdə KTMT fəaliyyətinin nəticələrini nəzərdən keçirmələri, eləcə də beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə etmələri gözlənilir.

Bundan əlavə, bir sıra sənədlərin imzalanması planlaşdırılır. Bunlar arasında KTMT-yə üzv dövlətlərin beynəlxalq və regional gündəmdəki əsas məsələlərə vahid yanaşmasını təsbit edəcək yekun bəyannamə də var.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv