Pakistan İmran Xanın həbsxanada ölümü ilə bağlı xəbərləri təkzib etdi

Pakistan İmran Xanın həbsxanada ölümü ilə bağlı xəbərləri təkzib etdi






presstv

"Presstv"az #Əfqanıstan, #Məhkum, #Pakistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Pakistan hazırda həbs cəzası çəkən keçmiş baş nazir İmran Xanın ölümü ilə bağlı şayiələri təkzib edib.

presstvaz-ın “Geo News”a istinadən xəbərinə görə, bu barədə Pakistanın Adiala həbsxanasının administrasiyasından məlumat verilib.

Məlumatda qeyd edilib ki, İmran Xanın səhhəti ilə bağlı yayılan şayiələr “əsassızdır”, o özü isə “hərtərəfli tibbi yardım” alır.

Həmçinin həbsxana administrasiyası onun başqa bir müəssisəyə köçürüldüyü ilə bağlı məlumatları da təkzib edib.

Xatırladaq ki, daha əvvəl Əfqanıstanın “Afghanistan Times” media portalı İmran Xanın həbsxanada öldüyünü iddia edən xəbər dərc etmişdi.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında İmran Xan və həyat yoldaşı korrupsiya ittihamları üzrə 14 il müddətinə həbs cəzasına məhkum ediliblər. Bundan əlavə, o, həmçinin dövlət sirrinin açıqlanmasına görə daha 10 il həbs cəzası alıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv